Rusiya ehtiyacı olan yoxsul ölkələrə kömək edəcək - RUSİYA DEPUTATI

31 Oktyabr 2022 14:04 (UTC+04:00)

Rusiya parlamentinin deputatı Mixail Şeremet taxıl müqaviləsinin pozulmasının arxasında Ukrayna, ABŞ və Böyük Britaniyanın olduğunu bildirib. SİA xəbər verir ki, Rusiya deputatı "RİA Novosti" xəbər agentliyinə deyib.

Rusiyalı deputat bildirib ki, taxıl müqaviləsinin uğursuzluğunun arxasında Kiyev rejimi və onun kuratorları ABŞ və İngiltərə dayanır: "Qara dənizdə qida marşrutunun təhlükəsizliyini təmin edən donanmasının gəmilərinə edilən hücum planlı təxribat idi. Taxıl müqaviləsi terrorçularla və onların sponsorları ilə danışıqların mümkünsüzlüyünün canlı nümunəsidir. Taxıl sövdələşməsinin uğursuzluğu göstərir ki, bu gün Qərbi yalançılar və qorxaqlar idarə edir”.
Ukraynadan çıxarılan taxılın böyük hissəsinin Avropa Birliyi ölkələrinin ehtiyaclarını ödəməyə yönəldiyini ifadə edən Şeremet “Avropa Birliyi ölkələrini daha böyük bir vəziyyətə salmaq üçün müqavilənin pozulması ABŞ və İngiltərənin maraqlarına uyğundur. “Şimal axını” təbii qaz kəmərini partlatmaqla enerji böhranına, indi isə ərzaq böhranına səbəb olurlar.
Şeremet, Rusiyanın yaşamaq üçün həqiqətən təchizata ehtiyacı olan yoxsul ölkələrə taxıl və gübrə verməyə hazır olduğunu vurğulayıb.