YAP-ın 30-cu ildönümü münasibətilə tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

31 Oktyabr 2022 10:52 (UTC+04:00)

Bu gün SOCAR Heydər Əliyev adına Neft Emali zavodunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü münasibəti ilə əlaqədar olaraq tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyası ilə bağlı 13 dəqiqəlik video-çarx göstərilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Eldar Əzizov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Vətən müharibəsi iştirakçıları, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Südeyf İmamverdiyev iştirak edir.