"Həyat, deyəsən, gözəldir" filminin treyleri yayımlanıb - VİDEO

31 Oktyabr 2022 00:21 (UTC+04:00)

"Həyat, deyəsən, gözəldir" filminin treyleri yayımlanıb. SİA xəbər verir ki, film dünya premyerasını 1-5 noyabr tarixlərində Bursada keçirləcək "Korkut Ata" film festivalında edəcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. Filmin rejissoru Xalq artisti Vaqif Musyafayevdir.