"Bütün futbolçularımı və bizi sevənləri təbrik edirəm. Sözün əsl mənasında idmançılarım tam əzimlə mübarizə apardılar". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Sabah" komandasının baş məşqçisi Murad Musayev 2:1 hesabı ilə bitən "Qəbələ"-"Sabah" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi qeyd edib ki, bu qalibiyyət bizim üçün mental olaraq çox önəmli idi: "Rəqib komandalara səslənib demək istəyirəm ki, bundan sonraki matçlarda meydanda yıxılıb qalacaqlarsa biz topu kənara çıxartmayacağıq. Burada belə edənlərin əsas məqsədi matçın tempini aşağı salmaqdır. Bəhs etdiyim hal bir-iki dəfə yox bir neçə dəfə təkrar olunursa artıq bu hiyləgərlikdir. Bu gün "Şamaxı"-"Qarabağ" oyununu izlədim. Bayaq dediyim həmin hiyləgərliyi məhz "Şamaxı"komandası edirdi. Sanki "Şamaxı" komandasının oyunçuları xəstələnmişdir".