Rusiyalı həkim Andrey Zvonkov “Sputnik” radiosuna müsahibəsində hansı temperaturun həyat üçün təhlükəli olmasından danışıb.
Onun sözlərinə görə, bu temperatur 39 dərəcədən yuxarı olanlardır. SİA bu barədə rus saytlarına istinad edir.
...Həkimin sözlərinə görə, həddindən artıq yüksək temperatur insan həyatı üçün təhlükə yarada bilər. Əgər insanın temperaturu 39 dərəcəyə yüksəlibsə, xüsusilə uşağa gəldikdə artıq bu təhlükəlidir.
Eyni zamanda, o, limfositlər və leykositlərin patogenləri daha aktiv və aqressiv şəkildə məhv etdiyi bədən daxilində "döyüş hərəkətləri" üçün 38 dərəcəyə qədər olan temperaturu normal adlandırıb.
Mütəxəssisin sözlərinə görə, yetkin insan 38-38,5 temperatura asanlıqla dözə bilir, bu təhlükəli deyil. Eyni zamanda, bunların hamısı infeksiya növündən və subyektiv hisslərdən asılıdır. Məsələn, qrip zamanı yüksək hərarət virusun öhdəsindən gəlməyə kömək edir, lakin COVID-19 zamanı eyni yüksək temperatur virusu məhv edə bilməz...
Nazlı Almuradova