“Məktəb mühiti çox mürəkkəbdir. Bunu müəllimlərimiz çox yaxşı bilir. Artıq məktəb qapalı mühit deyil. Telefon çəkilişləri ilə müəlimləri çəkib paylaşırlar. Bu texnologiyanın cəmiyyətə olan təsiridir”.
SİA xəbər verir ki, bu sözləri “45 dəqiqə” təhsil proqramında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 10 minlərlə müəllim var ki, milyonlara şagirdə fədakarlıq edib dərs keçir: “Cəmiyyəti cəmiyyət edən müəllimlərdir. Onlara həmişə minnətdarıq.
Dəyişikliklərə qarşı olan müqavimət bizi geri atır. Yavaş-yavaş dəyişməliyik.
Şagirdlərin məktəbdə davranış qaydalarına gəldikdə isə, bu təkmilləşəcək. İnandığım odur ki, nə müəllim, nə də məktəbdə çalışan hər hansı bir şəxs əzilib təhqir olunmamalıdır”.
Ayşən Vəli