“Tənəffüsləri 5 dəqiqə artırsaq, şagirdlərdə qidalanma problemi yaranacaq” - ELM VƏ TƏHSİL NAZİRİ

30 Oktyabr 2022 17:43 (UTC+04:00)

“Çalışırıq ki, məktəblərdə təhsil 1 növbəli olsun. Düzdür, hal-hazırda 2 növbəli də var”. SİA xəbər verir ki, Bu sözləri “45 dəqiqə” təhsil proqramında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Masazır və Xırdalan ərazilərində hətta 3-4 növbəli məktəblər də var: “Bu da əhalinin həmən ərazilərdə çox sıx olması ilə bağlıdır.

Orta hesabla tədris planımızda 29-30 saat dərs var. Tənəffüsləri 5 dəqiqə artırsaq, şagirdlərdə qidalanma problemi yaranacaq”.

Ayşən Vəli