"Bütün futbolçularımı təbrik edirəm. Çünki çox əziyyət çəkdilər". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov 4:0 hesabı ilə bitən "Şamaxı" - "Qarabağ" oyunundan dərhal sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi bildirib ki, matçın ikinci hissəsində oyunçularım daha sərbəst oyunu apardılar: " "Şamaxı" komandasına uğurlar arzu edirəm. Oyunda 4 müdafiəçi ilə çıxış etmək əvvəlcədən planlaşdırılmışdı. Komanda ümumi olaraq yorgundur".