Rusiyalı jurnalist bədbəxt hadisə nəticəsində ölüb

28 Oktyabr 2022 19:46 (UTC+04:00)

Jurnalist Svetlana Babayeva Krımda poliqonda qəzaya düşüb.

Mətbuat xidmətinin məlumatına görə, qəza onun hərbi idman atıcılığı ilə məşğul olduğu Krımdakı poliqonlardan birində baş verib.

“Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselev Babayevanı parlaq jurnalist tərcümeyi-halı ilə ən yüksək səviyyəli peşəkar adlandırıb.

Qeyd edək ki, Svetlana Babayeva 24 iyun 1972-ci ildə Moskvada anadan olub, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.. “Moskva xəbərləri” qəzetində iqtisadiyyat şöbəsində, sonra “İzvestiya” qəzetində siyasət şöbəsində işləyib.

Sonradan müxtəlif rəsmi nəşrlərdə çalışan Babayevanın əhatə etdiyi əsas mövzular Rusiyanın daxili və xarici siyasəti və iqtisadiyyatı olub.

2013-2016-cı illərdə Svetlana Babayeva “Gazeta.ru” internet portalının baş redaktoru vəzifəsində çalışıb. 2016-cı ilin dekabr ayından DİN-in “Rossiya seqodnya”sının müşaviri, 2019-cu ilin avqust ayından isə DİN “Rossiya seqodnya”nın Simferopoldakı regional bölməsinin rəisi olub.

Nazlı Almuradova