"Böyük Dəbilqə turniri Heydər Əliyev adına idman sarayında keçiriləcək". SİA xəbər verir ki, bu sözləri ACF-nin baş katibi Rəsul Rəsullu Böyük Dəbilqə turnirindən öncə keçirilən mətbuat konfransında bildirib.
Baş katib bildirib ki, 3 noyabr tarixində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçiriləcək: "Təəssüflər olsun ki, püşkatma mərasimi onlayn (online) formatda keçiriləcək. Noyabrın 4-ü isə turnirin açılış mərasimi keçiriləcək. Hər çəki dərəcəsində 4 idmançımız iştirak edəcək, qadınlar arasında isə 9 idmançımız çıxış edəcək. Bəzi qadın idmançılarımız zədəli olduqları üçün turnirində iştirak edə bilməyəcəklər".