"Ümumdünya Cüdo günü münasibəti ilə hər kəsi təbrik edirəm". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulov ACF-nin rəsmi saytının təqdimat mərasimində bildirib.
Baş katib qeyd edib ki, saytı yaratmaqda əsas məqsədimiz federasiyanın gördüyü işlərin təqdim olunması, eyni zamanda ölkəmizdə cüdo idman növünün inkişafına təkan verməkdir. Sizlərə təqdim olunan bu sayt müasir standartlara cavab verir. Saytımızda son xəbərlər paylaşılaraq, yarışlar barədə bütün məlumatlar veriləcək. Həmçinin idmançılarımızın iştirak etdiyi yarışları bu sayt vasitəsilə canlı izləyə biləcəksiniz. Bununla yanaşı il ərzində idmançılarımızın əldə etdiyi medalların sayı barədə də məlumat alaraq, saytımıza abunə ola bilərsiniz".