Fransada istehlak qiymətləri oktyabr ayında enerji və qida qiymətlərindəki artım səbəbi ilə əvvəlki ilə nisbətən 6,2 faiz artaraq son 37 ilin rekordunu qırıb. SİA xəbər verir ki, Fransanın enerji və ərzaq qiymətlərinin artması oktyabr ayında yeni rekorda imza atıb.
Beləliklə, ölkədə 1985-ci ilin iyunundan bəri ən böyük illik artım qeydə alınıb.
Enerji xərcləri oktyabrda bir ay əvvəl 17,9 faizlə müqayisədə illik 19,2 faiz artıb. Oktyabrda ərzaq məhsullarının qiymətləri illik 11,8 faiz, hazır məhsulların qiymətləri isə 4,2 faiz artıb.