"Bir gün mən olmayanda..." - SƏRDAR ORTAÇ

28 Oktyabr 2022 13:06 (UTC+04:00)

Məşhur türkiyəli müğənni Sərdar Ortaç ötən gün Ataşehirdə yerləşən səhnələrin birində yer alıb. SİA xəbər verir ki, məşhur simanın çıxış edərkən dediyi sözlər gündəm olub. Belə ki, ifasını bitirdikdən sonra tamaşaçılara müraciət edən Sərdar "Bir gün mən olmayanda qədrimi biləcəksiniz. Hər biriniz düşünəcəksiz ki, bu müğənni bu musiqiləri hardan tapırmış" deyərək bildirib.