“Oktyabrın 31-də Azərbaycan, Rusiya, Ermənistan dövlətlərinin rəhbərlərinin Soçidə üçtərəfli görüşü baş tutacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, görüşdə müəyyən qərarların qəbul edilməsi Rusiya tərəfinin sərgilədiyi davranışların nəticəsində baş verəcək: “Əgər Rusiya yenidən köhnə qayda ilə təqdim etdiyi təkliflər üzərində təkidlə duracaqsa o zaman hər hansısa bir nəticəni gözləmək mümükün deyil. Lakin Rusiya öz təkliflərində dəyişikliklər edib, Praqa görüşünün realıqlarını nəzərə alacaqsa o zaman hər hansısa bir formada öz mövcudiyyətini danışıqlar prosesində qoruya bilər. Nəqliyyat kommunikasiya üzərindən ölkələrin suverenliyinin və Zəngəzurun, eyni zamanda Laçın dəhlizindən Azərbaycana giriş-çıxışın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”.