““Bakı Metropoliteni” QSC adiyyatı qurumlar qarşısında müəyyən hesabatlar verir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Mətbuat katibi qeyd edib ki, qurumumuz o cümlədən də “Bakı Metropoliteni” QSC tərəfindən Tarif Şurasına bir sıra hesabatalar verilir: “Lakin qeyd edim ki, hazırki dövrdə qiymətlərə yenidən baxılması və tariflərin tənzimlənməsi ilə bağlı “Bakı Metropoliteni” QSC Tarif Şurasına hər hansısa bir müraciət ünvanlamayıb. Ümumilikdə isə qiymətlərin yenidən baxılması və tənzimlənməsi məsələsi gündəmdə deyil”.