İtaliyalı müğənni-aktrisa 103 yaşında vəfat edib

28 Oktyabr 2022 02:11 (UTC+04:00)

İtaliyalı müğənni-aktrisa Liya Oriqoni vəfat edib. SİA xarici mətbuata istinadla xəbər verir ki, sənətçi 103 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, L.Oriqoninin xeyli sayda mahnıları var. O, bir çox bəstəkarların əsərlərini ifa edib.