"Bugünkü oyunun heç-heçə ilə nəticələnməsi "Qarabağ" komandasına sərf edir" - FUTBOL EKSPERTİ AÇIQLADI

27 Oktyabr 2022 12:32 (UTC+04:00)

"Bu gün “Nant" və “Qarabağ” komandaları qarşılaşacaq. “Nant” komandası üçün bugünkü oyun çox mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bildirib.

Onun sözlərinə görə, bu oyunun heç-heçə bitməsi belə “Qarabağ” komandasına sərf edir: "Ona görə ki, “Qarabağ” komandasına bir xal lazımdır ki, qrupda 2-ci yeri tutsun. Lakin bu hal “Nant” klubu üçün belə deyil. Onlar üçün bu oyun final mahiyyəti daşıyır, qrup mərhələsində 2-ci olmaq üçün mütləq şəkildə qalibiyyət əldə etməlidirlər. Düşünmürəm ki, “Qarabağ” komandası bugünkü oyunu heç-heçə ilə bitirsin. Ona görə ki, bu komanda öz performansı ilə tanınan bir klubdur. Fransada həyata keçirilən “Nant”-“Qarabağ” oyunu çox həlledici bir mahiyyət daşıyır. Fikrimcə, “Qarabağ” komandası qalib olacaq. Çünki bu komanda da dinamik və çevik futbolçular yetərincə var. Məhz bu səbəbdən “Qarabağ” komandasının qol vurmaq epizodları çox olacaq”.