2022-2023-cü illər üzrə respublika çempionatı noyabrın 12-dən aprelin 30-dək “AHF Arena” da keçiriləcək. Yarış dairəvi üsulla dörd dövrədən ibarət olacaq.Hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcək. Təsdiqlənmiş reqlamentə əsasən, qələbəyə görə 3, məğlubiyyətə görə isə 0 xal veriləcək.
Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Qeyd edək ki, əvvəlki qaydalara əsasən qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal, məğlubiyyətə görə isə 1 xal verilirdi.
1-ci tur(kişilər)
12 noyabr 2022-ci il
Təhsil – U-16
Məhsul - Bakı
İdman Akademiyası - RİOEUGİM
2-ci tur(kişilər)
13 noyabr 2022-ci il
Bakı – Məhsul
RİOEUGİM – İdman Ak.
U-16 – Təhsil
1-ci tur (qadınlar)
19 noyabr 2022-ci il
İdman Akademiyası – Azəryol
Azərsu – U-16
2-ci tur (qadınlar)
20 noyabr 2022-ci il
Azəryol – İdman Akademiyası
U-16 - Azərsu