70 il idi ki, çimməyən 94 yaşlı iranlı...çimdikdən sonra öldü

26 Oktyabr 2022 17:11 (UTC+04:00)

İranın Fars əyalətində yaşayan və 70 ildir yuyunmayan "Hacı əmi" ləqəbli adam vəfat edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, təmiz olmağın bədənini xəstələndirəcəyinə inanan və 70 ildir çimməyən 94 yaşlı kişi çimdikdən sonra dünyasını dəyişib.

Bir neçə il əvvəl kənd gənclərinin çimməyə məcbur etdiyi qoca uzun cəhdlərdən sonra çimməyə razı olub. Lakin qoca kişi çimdikdən bir neçə vaxt sonra xəstələnib və 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, ömrü boyu evlənməyən və kəndlilər tərəfindən tikilmiş qapısız daxmada qalan qocanın nəinki çimmək, hətta təmiz yemək yeməkdən də imtina etdiyi, səhhətində problem olmadan yaşadığı iddia edilirdi.