"Dünya Azərbaycanın öz torpaqlarına necə dəyər verdiyinin şahidi olur" - MİLLƏT VƏKİLİ AÇIQLADI

26 Oktyabr 2022 16:34 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidentinin Qubadlıya və Zəngilan səfər etməsi fövqəladə əhəmiyyət daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, bütün dünya görürük ki, Azərbaycan dövləti öz Prezidentinin simasında Şərqi Zəngəzurda quruculuq işlərinə nə qədər əhəmiyyət verir: “Cənab Prezident öz çıxışları zamanı bildirdi ki, insanlar öz yurdlarına qayıdacaq. Hazırda işğaldan azad edilən ərazilərdə quruculuq işləri aparılaraq, infrastrukturlar qurulur, hava limanı açılır. Dövlətimiz məhz bu istiqamətdə çox böyük vəsait ayırır. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev və Rəccəb Tayyib Ərdoğan Zəngilan Hava limanın açılışında birgə iştirak etdilər. Bununla da Türkiyə dövləti hər zaman olduğu kimi bu günlərdə də Azərbaycan dövlətinin yanında olduğunu bütün dünyaya bəyan etdi. Artıq demək olar ki, Zəngilanın Ağalı kəndi ağıllı bir şəhərə bənzəyir. Bütün dünya Azərbaycanın öz torpaqlarına necə dəyər verdiyinin şahidi olur. Bu baxımdan cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi çox mühüm əhəmiyyət kəsb edir”.