"Zalsburq" klubunun uğurlu seriyasının sonu

26 Oktyabr 2022 15:07 (UTC+04:00)

Avstriyanın “Zalsburq” komandasının öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. SİA-nın verdiyi məlumata görə, UEFA-nın rəsmi saytında Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu İngiltərənin “Çelsi” komandası ilə ev oyununa təsadüf edib.

Səfərdə 2:1 hesablı qələbə qazanan London təmsilçisi rəqibin uğurlu seriyasına son qoyub. "Çelsi" bu nəticə ilə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib.