Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova, təcili yardım həkimləri- Racu Nəbiyev, Leyla Fətullayeva, həkim travmatoloq-ortoped Müseyib Əhmədov və həkim psixiatr İradə Ramazanova məqsədilə İsrailin “Ariel” Universitetinin Səhiyyə İdarəetmə Departamentinin professoru, Mental Sağlamlıq Mərkəzinin direktoru Anatoliy Kreininin ölkəyə səfəri çərçivəsində “Posttravmatik stres pozuntusu bio-psixi-sosial problem kimi” mövzusunda ikigünlük seminarda iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, tədbirdə posttravmatik stres pozuntusu keçirən insanların psixologiyası, psixiologiya sahəsində elmi potensialın inkişafı, psixoloji hazırlığının artırılması və psixoloji reabilitasiyanın tətbiqi mövzusunda ətraflı məlumat verilib.