BŞİH və MKTB-nin əməkdaşları təmizlik işləri görür - FOTOLAR

26 Oktyabr 2022 11:30 (UTC+04:00)

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları dərhal əraziyə gəlib və hazırda ərazidə təmizlik işləri aparılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.