AFFA UEFA-ya müraciət edəcək

26 Oktyabr 2022 10:50 (UTC+04:00)

AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək. SİA-nın verdiyi məlumata görə, AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".

Qeyd edək ki, təxribatçılar tribunada Qarabağdakı separatçıların "bayrağı"nı asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.