Şəhidimiz Ramiz Ağayevin ailəsinin məişət şəraiti "YAŞAT" Fondu tərəfindən yaxşılaşdırılıb. Bu barədə "YAŞAT" Fondunun mətbuat xidməti tərəfindən SİA-ya məlumat verilib.
Vətən müharibəsində yaralansa da müalicəsini tamamlamadan yenidən döyüş yoldaşlarının yanına, xidmətə qayıdan, 9 noyabr tarixində şəhid olan qəhrəmanımız Ramiz Ağayevin ailəsinin məişət şəraiti "YAŞAT" Fondu tərəfindən yaxşılaşdırılıb, borc öhdəliyi qarşılanıb və tibb istiqamətində dəstək göstərilib.