Azərbaycan Şahmat Federasiyasının Gənclər və Yeniyetmələr Komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar arasında rapid turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, 41 şahmatçının iştirak etdiyi yarış 7 turdan ibarət olub.
Turnirin qalibi 5.5 xal toplayan Vüqar Manafov olub. Eyni xala malik Xəzər Babazadə əlavə göstəricilərə görə ikinci yeri tutub. Milli komandanın üzvü Rauf Məmmədov üçüncü yerlə kifayətlənib.