ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Google"un ana şirkəti "Alphabet"in xalis mənfəəti iyul-sentyabr aylarında azalıb. SİA xəbər verir ki, iyul-sentyabr dövrünü maliyyə təqvimində birinci rüb kimi qəbul edən "Microsoft" balans hesabatını açıqlayıb. Şirkətin gəliri iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 11 artaraq 50,1 milyard dollara çatıb.
"Microsoft" 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlir əldə edib. Şirkətin xalis mənfəəti isə eyni dövrdə yüzdə 14 azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olub. "Microsoft"un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.
"Google"un ana şirkəti "Alphabet" də 2022-ci ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb. Müvafiq olaraq, "Alphabet"in ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 6 artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin üçüncü rübündə gəliri 65,1 milyard dollar olub. "Alphabet"in gəliri üçüncü rübdə bazarın gözləntilərindən aşağı düşüb, şirkətin gəlir artımı isə yavaşlamağa davam edib. Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. “Alphabet” ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin ötən ilin iyul-sentyabr dövründə 1,40 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,06 dollara qədər azalıb.