Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə 107 ölkə və regiondan olan 1695 əsər arasından seçilən 15 film baş mükafat uğrunda mübarizə aparacaq.
SİA-nın əldə etdiyi məlumata görə, mükafat uğrunda mübarizə aparacaq Yapon filmlərindən “Pəncərənin yanında” (modobenit), “Eqoist” (eqoisuto) və “Dağ qadını” (yamaju) filmləri diqqətəlayiq əsərlər sırasında iştirak edir.
Asiyanın ən böyük film festivallarından biri hesab edilən və yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən iki ildir keçirilməyən Tokio Beynəlxalq Film Festivalında 169 film nümayiş etdiriləcək.
Festival noyabrın 2-də sona çatacaq.