Silahlılar ordu bazasına hücum edib - ölənlər var

25 Oktyabr 2022 01:20 (UTC+04:00)

Burkina-Fasonun şimalında silahlıların ordu bazasına hücumu nəticəsində azı 10 əsgər həlak olub, 50-yə yaxın hərbçi isə yaralanıb. SİA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hücum Jibo şəhəri yaxınlığındakı bazaya təşkil edilib. Silahlılar bir neçə telekommunikasiya infrastrukturunu da məhv ediblər.