Ayub Kara: “Biz sistematik şəkildə foto və videoları saxtalaşdırmaqla özünün gündəmini müəyyən edən, eləcə də İran İslam Respublikasının “proksi-dövlətinə” çevrilmiş ölkəni dəstəkləməməliyik
İsrailin nüfuzlu “Israelhayom” nəşrində noyabrın 1-də keçiriləcək seçkilərə “Likud” partiyasından namizədliyini irəli sürmüş sabiq nazir Ayub Karanın “Nəyə görə mən İsrailin sabiq nazir kimi Azərbaycanın tərəfində dayanmışam” sərlöhvəli məqalə ilə çıxış edib.
SİA həmin məqalədən bəzi çıxarışları təqdim edir:
*Mən Qafqazın Xirosiması adlandırılan Ağdamın vəziyyətindən dəhşətə gəlmişdim. Mənim orada gördüklərim mənə Birinci Livan müharibəsi zamanı şahidi olduğum dəhşətli situasiyanı xatırlatdı. Qarabağda baş verənlər daha ürəkağrıdıcıdır: ən azından Livandakı çaylarda balıqlar üzürdü, səhrada isə mal-qara var idi. Qarabağda isə hər hansı canlını görmək mümkün deyildi.
Ayub Kara İkinci Qarabağ müharibəsindən sonra aparılan danışıqlar prosesində Ermənistan rəhbərliyinin ayağısürüşkənliyi ilə bağlı da qeydlərini aparıb və bildirib ki, bu kimi davranışlar regionda sülhün və sabitliyin, çiçəklənmə və tərəqqinin qarşısını alır.
*Azərbaycan danışıqlar masasına əyləşərək Ermənistanla sülh müqaviləsini imzalamağa hazır idi ki, həm öz xalqı üçün, həm də erməni xalqı üçün işıqlı gələcəyi təmin etsin. Ötən ilin avqustunda Azərbaycan və Ermənistan uzunmüddətli sülh sazişini imzalamağa hazır idilər və bu da dənizə çıxa bilməyən Ermənistanın həmin statusuna son qoyacaqdı, eləcə də Azərbaycanın və Ermənistanın işıqlı gələcəklərini, sabitliklərini qurmağa təmin edəcəkdi.
Lakin iki ölkə arasında aparılan danışıqlar zamanı Ermənistanın baş naziri Nikol Paşinyan son anda daha əvvəl qaldırılmış məsələlərlə bağlı əldə edilmiş razılaşmalardan kənara çəkildi və Azərbaycanın Qarabağ və yeddi rayon üzərindəki suveren hüquqlarını tanımaqdan imtina etdi, Azərbaycan, Ermənistan və Rusiya arasındakı Üçtərəfli razılaşmanı pozdu.
İsrailli sabiq nazir Ermənistanı İranın altına yıxılmış ölkə olaraq təsəvvürə gətirib və ona da işarə edib ki, bu ölkə gündəmdə qalmaq üçün öz tarixini saxtalaşdırır və zorla dünya ictimaiyyətinə sırımağa cəhd edir.
*Biz multikulturalizmin, dini dözümlüyün və prüalizmin milli siyasətə aid edildiyi bir ölkəni dəstəkləməliyik. Hansı ki, bu ölkə etnik təmizlənməyə məruz qalmışdı və azərbaycanlıların öz ölkələrinin beşdə bir hissəsini itirməsi ilə nəticələnmişdi.
Və biz sistematik şəkildə foto və videoları saxtalaşdırmaqla özünün gündəmini müəyyən edən, eləcə də İran İslam Respublikasının “proksi-dövlətinə” çevrilmiş ölkəni (Ermənistanı nəzərdə tutur-R.R.) dəstəkləməməliyik.
Rövşən RƏSULOV