Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva 18-20 oktyabr 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü və Erkən Xəbərdarlıq və Hesabat layihələri çərçivəsində “Açıq Mənbələrdən Epidemioloji Tədqiqat” mövzusunda keçirilən təlimdə iştirak edib. SİA xəbər verir ki, ÜST-nin Avropa Regional Ofisinin ekspertləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə EIOS təşəbbüsü altında Vahid Sağlamlıq şəbəkəsi vasitəsilə baş verə biləcək risklər və təhlükələrin erkən aşkarlanması, yoxlanması və qiymətləndirilməsi istiqamətində ətraflı məlumat verilib.
Təlimin məqsədi milli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilmək, milli ekspertlərin qlobal multidisiplinar mütəxəssislər şəbəkəsi ilə əməkdaşlıq etməsinə şərait yaratmaq, EIOS sisteminin vasitəsilə məlumat mübadiləsinin asanlaşdırılması və sadələşdirilməsi, sağlamlıq riskləri və təhdidlərinə nəzarətin gücləndirməkdir. Həmçinin, qurumlardan təlimə dəvət almış ekspertlər üzv olduqları qurumlara məlumatların operativ şəkildə ötürülməsi və yerli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilməsi üsulları haqqında məlumat əldə ediblər.