Əməkdar artist Süleyman Abdullayevlə vida mərasimi keçirilir

23 Oktyabr 2022 16:10 (UTC+04:00)

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev ilə Təzəpir Məscidində vida mərasimi keçirilir. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Mərhum Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib. Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!