Tramp dinləmələr üçün Konqresə çağırılıb

23 Oktyabr 2022 06:38 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının 2021-ci ilin yanvarında Kapitoliyə hücumu araşdıran xüsusi komitəsi sabiq prezident Donald Trampı dinləmələrə çağırıb. SİA ABŞ mətbuatına istinadla xəbər verir ki, sabiq prezidentdən noyabrın 4-dək müvafiq sənədləri təqdim etmək və 14 noyabrdan etibarən dinləmələrdə iştirak etmək tələb olunub.

Donald Trampın Konqresin çağırışına münasibəti hələ ki məlum deyil.