Ordumuzun bir neçə ərazini işğaldan azad etməsindən iki il keçir

22 Oktyabr 2022 00:05 (UTC+04:00)

Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən iki il keçir. SİA xatırladır ki, 2020-ci ilin 22 oktyabrında cəbhənin üç istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Füzulinin Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayılın isə Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad ediblər.

Zəngilana gəlincə, Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.