Yunanıstana qaçmaq istəyən FETÖ-çülər saxlanıldı

21 Oktyabr 2022 23:30 (UTC+04:00)

Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 5 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ələ keçirilən şəxslərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.