
Azad sahibkarlıq və liberal iqtisadiyyat üçün əlverişli şəraitin ölkədə olması iqtisadi inkişafın əsas elementlərindəndir. Sözsüz ki, sağlam rəqabət mühiti və şaxəli şəkildə inkişaf iqtisadiyyatın tərəqqisi deməkdir. Sağlam rəqabət mühiti, yəni inhisarçılığın olmaması da öz növbəsində əlbəttə ki, liberal iqtisadiyyatın formalaşmasını təmin edir və məhz bu baxımdan da ölkəmizdə azad sahibkarlıq mühiti yaradılıb.
Ölkəmizdə Liberal iqtisadiyyatın inkişafına ayrılan diqqət Azərbacanda liberal iqtisadi sistemin qurulması istiqamətində atılan qətiyyətli, mühüm və uğurlu addımlarda özünü göstərir. Azad sahibkarlıq, sağlam rəqabət mühitinin yaradılması özü liberal iqtisadiyyat üçün əsas şərtdir və ölkəmizdə həmin mühitin formalaşdırılması da bu mənada təsadüfi, eləcə də əbəs yerə deyil. Məqsəd, ilk növbədə liberal iqtisadi sistemin gücləndirilməsidir ki, bu da nəticə etibarı ilə ölkəmizin iqtisadi inkişafını təmin edən başlıca amildir.
Sağlam rəqabət, azad sahibkarlıq üçün qanunvericilik bazası da vacib şərtdir və bu baxından da həmin qanunvericilik bazasının təkmilləşdirilməsi xüsusilə diqqət mərkəzindədir. “Rəqabət Məcəlləsi”, eləcə də “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb və müzakirə edilmək üzrədir. Nazirlər Kabinetinə artıq təqdim olunan sözügedən layihənin Milli Məclisdə də müzakirəyə çıxarılacağı gözlənilir və deməli, azad, sağlam iqtisadi rəqabət üçün daha əlverişli şərait yaradılır. Bütün bu addımların sayəsində isə şübhəsiz ki, azad iqtisadiyyatın təşviqinin tez bir zamanda daha da artacağı, liberal iqtisadiyyatın daha da güclənəcəyi gözləniləndir.
Sözsüz ki, süni qiymət artımı məsələlərinə də günümüzdə rast gəlinir, hasnıki bu hal artıq qeyri-sağlam rəqabətə yol açır. Elə buna görə də qanunvericilik bazasının yaradılması kifayət etmir, həmin bazanın daha da təkmilləşdirilməsi öz aktuallığını qoruyur. Burada məqsəd ilk növbədə inhisarçılığın qarşısının tamamilə alınmasıdır ki, bu da sağlam rəqbət mühiti üçün ən vacib şərtdir. “Rəqabət Məcəlləsi”, həmçinin "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi ilk növbədi inhisarçılığın qarşısının alınması üçün ən vacib olan hüquqi baza, hüquqi sənəddir və hər ikisi də sağlam iqtisadi rəqabət üçün çox vacibdir.
Heç şübhəsiz ki, azad sahibkarlıq mühitinin mövcud olması və getdikcə daha da təkmilləşdirilməsi məqsədi ilə aparılan dövlət tənzimləmələrinin rolu, yeri təkzib edilə bilməz. Cəsarətlə deyə bilərik ki, məhz dövlət tənzimləməsi sayəsində inhisarçılıq ölkəmizdə artıq yoxdur. Belə bir şərait işgüzarlıq, sahibkarlıq üçün ən əlverişli şərait deməkdir. Elə bu səbəbdən də dövlətimiz iqtisadi yüksəliş, azad və liberal iqtisadiyyatın olması, iqtisadi inkişaf naminə tənzimlənlə mexanizmini tətbiq etməkdədir.
Hazırda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri də azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın daha geniş, əhatəli şəkildə formalaşmasıdır. Ölkə Prezidenti cənab İlham Əliev tərəfindən təsdiq olunmuş "2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” də liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bu zamana qədər olduğu kimi, hələ bundan sonrakı illərdə də bu istiqamətdə islahatlar davam etdiriləcək. Deməli, gizli iqtisadiyatın məhdudlaşdırılması, inhisarçılıq kimi məsələlər keçmişdə qalır, sağlam iqtisadi rəqabət mühiti daha geniş şəkildə inkişaf edir.
Liberal dəyərlər sağlam rəqabət mühiti olmadığı təqdirdə işləyə bilməz və bu da ümumilikdə bazar iqtisadiyyatının olmaması deməkdir. Qeyd edək ki, azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi bir çox iqtisadi quruluşlarda səmərə verib və buna görə də bu sistem dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da azad sahibkarlıq, liberal iqtisadiyyat prioritet istiqamət olaraq müəyyənləşdirilib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub və bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşmasına, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılıb.
Ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanda yox dərəcəsində olan iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən işlərin görülməsi tələb olunurdu və buna görə də ölkədə ilk növbədə sahibkarlar üçün müəyyən şəraitin yaradılması gərəkirdi. Digər sahələrdə olduğu kimi, bu məsuliyyəti də Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz üzərinə götürmüş oldu və beləliklə, ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün köklü, fundamental islahatlara start verildi. Bunun da məntiqi nəticəsi artıq göz önündədir və bu gün Azərbaycanın güclü iqtisadiyyata malik bir ölkə olması görülən tədbirlərin məqsədyönlü, düşünülmüş, səmərəli olduğunu bir daha təsdiq edir.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində Azərbaycanda məqsədyönlü siyasət aparılır və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində ölkə iqtisadiyyatında dinamik inkişaf müşahidə edilir. Azad bazar iqtisadiyyatının, sağlam rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olan özəl sektorun inkişafı cənab Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir, xüsusi diqqət yetirilir, qayğı göstərilir ki, bunun da səmərəsi göz önündədir. Hazırda sahibkarların öz fəaliyyətini genişləndirilməsi üçün dövlətimiz maliyyə dəstəyi göstərir. Bu məqsədlə subsidiyalar ayrılır, özəl sektorun inkişafı daha da sürətləndirir, onun ümumi iqtisadiyyatdakı tutumu daha da yüksəyə qaldırılır. Bunun nəticəsidir ki, iqtisadçılar, ekspertlər ölkəmizdə azad sahibkarlıq mühiti üçün ən əlverişli şəraitin olduğu, sağlam rəqabət üçün heç bir əngəlin olmadığı qənaətindədirlər. Azərbaycanın dünya iqtisadi reytinqlərindəki mövqeyinin davamlı olaraq daha da möhkəmlənməsi özü də təsadüfi deyil. Təsadüfi deyil ki, investorların ölkəmizə marağı geniş şəkildə artıb və bu da onu deməyə əsas verir ki, liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi prioritet məsələdir və bunun üçün də münbit şərait var, hansıki öz müsbət nəticələrini verməkdədi.
Müəllif: İnam Hacıyev
6.3.12. “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır