İran Ukraynada hərbi qarşıdurmanın şiddətlənməsi və təhlükəsizlik problemləri səbəb göstərərək vətəndaşlarından Ukraynaya səyahət etməmələrini istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “Ukraynada hərbi münaqişənin gərginləşməsi və artan etibarsızlıq səbəbindən bütün İran vətəndaşlarına bu ölkəyə səfər etməmələri tövsiyə olunur”.
Bəyanatda Ukraynada yaşayan İran vətəndaşlarında isə ölkəni tərk etmələri istənilib.