Uzun müddətdir ki, 211 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ciddi gecikmə müşahidə olunur. Bu hətta 30-40 dəqiqə belə çəkir. Səbəb nədir? Gecikmələr nədən qaynaqlanır? 211 nömrəli avtobusların sayı niyə artırılmır? Bu barədə SİA-nın sorğusuna cavab olaraq “BakuBus” MMC mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, 211 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti 9-10 dəqiqə intervalla təşkil edilib: “Pik saatlarda xətlərə əlavə avtobuslar da buraxılır. Lakin bəzi hallarda, xüsusilə pik saatlarda tıxac, sıxlıq, yolların müvəqqəti bağlı olması və digər bu kimi səbəblərdən avtobusların təyin edilmiş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. Bu hal isə “BakuBus” MMC-dən asılı deyil”.
Qeyd edək ki, “BakuBus” MMC-dən 211 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti 9-10 dəqiqə intervalla təşkil edildiyi deyilsə də, pik saatlardan kənar vaxtlarda belə avtobus 25-30 hətta 40 dəqiqə aralığında hərəkət edir.
Ayşən Vəli