"Bu ilin may ayında ilk dəfə olaraq işğaldan azad olunan ərazilərimizdə beynəlxalq yarış təşkil olunmuşdur". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov Avarçəkmə üzrə "Mingəçevir qratası" beynəlxalq yarışın açılış mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, bu gün Avarçəkmə üzrə "Mingəçevir reqatası" beynəlxalq yarışı Suqovuşanda keçirilir: "Keçirilən beynəlxalq yarışda 15 ölkənin nümayəndəsi iştirak edir. İnanıram ki, növbəti illərdə bu cür beynəlxalq yarışlarda iştirak edən ölkələrin sayı getdikcə artacaq. Qarabağda çox sürətli şəkildə quruculuq işləri gedir. Bizim artıq Şuşada, Suqovuşanda iki yarışımız həyata keçirilib. Düşünürəm ki, bu cür yarışlarımızın sayı getdikcə artacaq".