"Güclü olan qalib gəlsin" - NAZİR AÇIQLADI

21 Oktyabr 2022 11:04 (UTC+04:00)

"Bu gün təşkil olunan bu yarış azad olunmuş torpaqlarımızda keçirilən ilk beynəlxalq yarışdır". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov Suqovuşanda keçirilən "Mingəçevir reqatası" yarışının açılış mərasimində qeyd edib.

Nazir bildirib ki, artıq 5 ay ərzində ikinci bu cür yarışdır ki, işğaldan azad olunan torpaqda keçirilir: "Mənim üçün sevindirici bir haldır ki, digər ölkənin idmançıları da bu yarışda iştirak edəcək. Bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin".