Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin ailəsinin məişət şəraiti yaxşılaşdırılıb, borc öhdəlikləri qarşılanıb, təhsil və tibb istiqamətlərində dəstək göstərilib.