"Tesla"nın avtopilotlu avtomobilinin istehsalı ilin sonuna qədər mümkün olmayacaq. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Şirkətin direktoru İlona Mask açıqlamasında bildirib ki, ABŞ-dakı tənzimləyicilər "Tesla" üçün tam avtopilotun (Full Service Driving) buraxılmasına icazə verməyiblər. Buna görə də belə maşının istehsalı mümkün olmayacaq.
Mütəxəssislərin fikrincə, şirkət rəsmiləri avtomobillərin sükan arxasında insan olmadan da hərəkət edə biləcəyinə inandıra bilməyib.
Qeyd edək ki, İlon Mask 2022-ci ilin sonuna qədər pilotsuz "Tesla"nın istehsal ediləcəyini açıqlamışdı.