Rusiyada... qadınlar döyüşə getməyəcəklər?..

20 Oktyabr 2022 22:19 (UTC+04:00)

Qadınlar, o cümlədən uşaqları olmayanlar qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılmayacaqlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, belə bir bəyanatla Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev çıxış edib.

“...Bu barədə heç bir söhbət yoxdur, yalnız könüllü qadınlar var”-deyə Qurulev bildirib.\

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan edilib. Müdafiə Nazirliyində deyildiyi kimi, ümumilikdə 300 min nəfər hərbi xidmətə çağırılacaq.

Ötən gün Rusiya prezidenti Vladimir Putin 222 min rusiyalının artıq səfərbər olunduğunu və bütün səfərbərlik tədbirlərinin təxminən iki həftə ərzində tamamlanacağını bildirib.

Ağasəf Babayev