Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin xatirəsi anılıb

20 Oktyabr 2022 20:57 (UTC+04:00)

Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatından bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı, aparatının məsul əməkdaşları və şəhidlərin ailə üzvləri şəhid Natiq Baxşəliyevin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzülüblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.