Qazıntılardan Roma dövrünə aid liman hamamı çıxdı

19 Oktyabr 2022 17:37 (UTC+04:00)

Türkiyənin Balıkəsir rayonunun Burhaniye qəsəbəsindəki antik Adramytteion şəhərində 11 il əvvəl başlayan arxeoloji qazıntılar davam edir. Qədim şəhərdəki qazıntılar zamanı Roma dövrünə aid liman hamamının istilik sistemi gün üzünə çıxarılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qazıntı komissiyasının rəhbəri və Memar Sinan İncəsənət Universiteti Arxeologiya kafedrasının alimi Murat Özgen üzə çıxarılan liman hamamı ilə bağlı deyib: “Eramızın II və ya III əsrlərinə aid olan kompleksin içində Roma dövrünə aid liman hamamı olduğunu müəyyənləşdirdik. Ərazidə çalışmalarımız davam edir”.