"Qalatasaray"da yeni məşqçi

18 Oktyabr 2022 18:14 (UTC+04:00)

"Qalatasaray"da məşqçi heyətinə yeni mütəxəssis daxil edilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Morits Volts baş məşqçi Okan Burukun köməkçisi təyin olunub. Klub O.Burukun istəyi ilə bu addımı atdığını bildirib.

Qeyd edək ki, Morits Volts 2019-2021-ci illərdə "Leyptsiq"də baş məşqçi olmuş Yulian Naqelsmannın köməkçisi vəzifəsində çalışıb.