"27 il həsrətdən sonra Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun şücaəti nəticəsində Xudafərin körpüsü işğaldan azad edildi. Bu körpü Azərbaycan memarlıq ənənəsinin bariz nümunəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Onun sözlərinə görə, XII-XIII əsrlərdə inşa edilmiş bu körpü Hindistandan başlayaraq Avropaya qədər uzanan həm siyasi, həm də iqtisadi körpü rolunu oynamışdır: "Xudafərin körpüsü hər bir azərbaycanlının qəlbində xüsusi iz buraxmış bir abidədir. Torpaqlarımın düşmən tapdağı altında olarkən biz bu körpüyə həsrətlə baxırdıq. Xudafərin körpüsünün həmçinir öz rəmzi mənası da var. Xudafərin körpüsü Azərbaycanı birləşirən bir dəyərdir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyevin Qarabağa ilki səfərlərindən biri də Xudafərin körpüsünə olub. Səfər zamanı dövlət başçısı çox önəmli bayantlarla çıxış etdi. Xudafərin körpüsünün işğaldan azad olunması digər bölgələrimizin düşmənlərdən daha surətli təmizlənməsinə kömək etdi. Burada xüsusi vurğulamaq lazımdır ki, müzəffər Azərbaycan ordusu dəqiq və çevik şəkildə hərəkətə keçərək Xudafərin körpüsünün yanında olan infrasturukturlara heç bir ziyan verilmədən körpü düşməndən azad edildi. Hazırda orada su elektrik stansiyası, digər kommunikasiyalar inşa edilir. Artıq daimi olaraq Xudafərin Azərbaycan xalqının qəlbində yaşayacaq. Xudafərin körpüsü Azərbaycanın tarixi incilərindəndir. Qarabağın hər bir bucağı, o cümlədən Xudafərin körpüsü dövlətimiz tərəfindən göz bəbəyi kimi qorunacaq”.