"Qarabağ Vətən müharibəsi" şərti adlı serialın büdcəsi açıqlanıb

18 Oktyabr 2022 15:54 (UTC+04:00)

"Qarabağ Vətən müharibəsi" şərti serialında bir bölümünün büdcəsi 212 min dollardır.

SİA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov "Qarabağ Vətən müharibəsi" serialı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, serial isə 8 bölümdən ibarətdir.