17-18 oktyabr 2022-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının əməkdaşları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Beynəlxalq HTAİ (Health Technology Assessment İnternational) təşkilatının birgə əməkdaşlığı, Uptodate in Medicine şirkətinin texniki dəstəyi ilə Azərbaycan Tibb Universitetində keçirilmiş “Səhiyyə texnologiyalarının qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak ediblər. SİA xəbər verir ki, beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilmiş təlimdə Mərkəzi Gömrük Hospitalının İnformasiya texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov, şöbənin satınalmalar üzrə mütəxəssisləri Vüsalə Əliyeva, Zərifə Məmmədova və Əlişir Mirzəyev iştirak ediblər.
Təlim zamanı səhiyyə texnologiyaları anlayışına giriş, texnologiyaların səhiyyə sahəsində tətbiqi və s. kimi vacib mövzulardan bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.