Müdafiə Nazirliyi Ermənistan MN-in yaydığı məlumatı təkzib etdi

18 Oktyabr 2022 12:00 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.